Modern.az

Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq sübut edib - Prezident

Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq sübut edib - Prezident

İqtisadiyyat

4 İyun 2024, 10:56

“Şahdəniz” layihəsi qaza olan qıtlığı aradan qaldırdı.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

 

Bu gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlət başçısı qeyd edib:

 

“Bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu