Macarıstan Bakı-Tbilisi-Ceyhan layihəsində 8,9 faiz paya malikdir.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.
“Azərbaycan qazının Avropaya çıxması ilə bağlı dərhal Macarıstanla bu istiqamətdə danışıqlar başlanıldı. Sevindirici haldır ki, Azərbaycan qazı artıq Macarıstana da çatır”, - nazir əlavə edib.
Ceyhun Bayramov Macarıstanın “Şahdəniz” yatağına da iştirakçı qismində daxil olduğunu bildirib.