Modern.az

Azərbaycan neftinin qiyməti 80 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 80 dolları ÖTÜB

İqtisadiyyat

7 İyun 2024, 09:18

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollardan çox bahalaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 3,28 % artaraq 80,91 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi