Modern.az

Avropa Rusiya qazını Azərbaycan qazı ilə əvəzləməyə HAZIRLAŞIR

Avropa Rusiya qazını Azərbaycan qazı ilə əvəzləməyə HAZIRLAŞIR

İqtisadiyyat

11 İyun 2024, 13:32

Avropa İttifaqı (Aİ) Rusiya ilə müqavilə başa çatdıqdan sonra Ukraynayadan keçən qaz tranzitini digər marşrutlarla davam etdirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, Bloomberg-ə daxil olan məlumata görə, müzakirə olunan variantlardan biri Azərbaycan qazı ilə bağldır. Belə ki, Avropa şirkətlərinin Azərbaycandan alacağı qaz Ukraynadan keçməklə Avropaya gedən boru kəmərlərinə vurulacaq.

Bloomberg-in mənbəsi bildirib ki, Kiyev də məsələnin bu cür həllində maraqlı olduğundan ideya “təcil qazanır”.
2021-ci ildə qaz tranzitindən əldə olunan gəlir Ukraynaya 1 milyard dollara yaxın gəlir gətirib ki, bu da müharibədən əziyyət çəkən ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir.

Bununla belə, Avropa İttifaqı (Aİ) narahatdır ki, Rusiya qazının tranzitindən imtina edilərsə, Ukraynanın qaz nəqli sistemi Moskva üçün hərbi hədəfə çevriləcək və tez bir zamanda sıradan çıxarılacaq. Bu halda tranzitin bərpası da baha başa gələcək.

Bloomberg-ə bildirilib ki, danışıqlar ilkin mərhələdə olsa da, ilin sonuna qədər qərarın veriləcəyi gözlənilir. Hətta o da qeyd olunur ki, Almaniyanın Uniper şirkəti məsələnin müzakirəsində iştirak edir.

Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Aleksey Çernışov bildirib ki, onlar qaz nəqli sisteminin fəaliyyətini davam etdirməsinin həll yolunu tapmaq üçün hər şeyi edir.

“Hər zaman yadda saxlamalı olduğumuz iki amil var: birincisi, Ukraynada istifadə edilməli olan inanılmaz qaz tranziti və saxlama infrastrukturu var, ikicisi, Ukrayna bu infrastrukturdan istifadə etməyə meyllidir, çünki bu, çoxlu fayda gətirir”.

Çernışov Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı nəzərdə tutan hər hansı planı istisna edib.

Bloomberg-in məlumatına görə, Azərbaycan artıq Avropaya gedən boru kəmərindən tam gücü ilə istifadə edir.

Agentlik yazır ki, Aİ-nin bu sövdələşməsi Moskvaya digər ölkələrə qaz tədarük etməyə imkan verəcək.

Rusiya Avropa ölkələrinə ildə təxminən 15 milyard kubmetr qaz tədarük edir. Bloomberg qeyd edir ki, tədarük əsasən Avstriya və Slovakiyaya gedir.

Aİ 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etməyi nəzərdə tutur.

Rusiyanın “Qazprom” şirkəti və Ukraynanın “Naftoqaz” şirkəti 2019-cu ildə qazın Avropaya tranziti üçün beş illik müqavilə imzalayıb. “Şimal axını” partlayışından və Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Ukrayna ərazisindən keçən tranzit xətti Rusiyadan Mərkəzi Avropaya qaz nəqli üçün yeganə marşrut olaraq qalıb.
“Naftoqaz” “Qazprom”la müqaviləni yeniləməkdən imtina edib, ona görə də Ukrayna ərazisi 2025-ci il yanvarın 1-dən Rusiya qazının nəqli üçün əlçatmaz olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?