Modern.az

Bu il Azərbaycanda qarpız baha olacaq - VİDEO

Bu il Azərbaycanda qarpız baha olacaq - VİDEO

İqtisadiyyat

13 İyun 2024, 09:10

Bu il qarpız mövsümünün erkən başa çatacağı gözlənilir. Səbəb isə qarpız kolları üzərində məhsulun olduqca az olmasıdır.

 

Fermerlər mövsümün əvvəlində ümidli idilər ki, bu il bol məhsul tədarük edəcəklər. Bunun üçün səbəbləri də var idi. Çünki hava yaxşı keçir, bitki normal inkişaf edirdi. Amma qeyri-sabit hava şəraiti vəziyyəti dəyişdi.

 

Modern.az-ın məlumatına görə, fermerlər deyirlər ki, məhsul ötən ilkindən az olacaq. Çəkilən xərclər də nəzərə alınsa, qarpızın daha baha satılacağı ehtimal edilir.

 

Təsərrüfatçıların qənaətinə görə, məhsuldarlıqda təxminən 30-40 faiz itki gözlənilir.

 

Ətraflı AzTV-nin süjetində:

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı