Modern.az

Bayram günlərində mənşə sertifikatının verilməsi davam etdiriləcək

Bayram günlərində mənşə sertifikatının verilməsi davam etdiriləcək

14 İyun 2024, 15:04

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Xidməti (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə), regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri bayram günlərində - 15, 17 və 18 iyun tarixlərində fəaliyyət göstərəcək.

 

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının xidmətlər bölməsi (//e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) üzərindən həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var