Modern.az

ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə edib - FOTO

ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə edib - FOTO

25 İyun 2024, 10:06

Azərbaycanla Türkmənistan Orta Asiya- Avropa-Orta Asiya və Çin- Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılmasını müzakirə ediblər.

Modern.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, Türkmənistanda işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov Aşqabadda Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşdə müzakirələr aparılıb.

Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Orta Asiya-Avropa-Orta Asiya və Çin-Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”, “Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib, onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!