Modern.az

Mərkəzi Bankdan daha bir kredit təşkilatı ilə bağlı QƏRAR

Mərkəzi Bankdan daha bir kredit təşkilatı ilə bağlı QƏRAR

İqtisadiyyat

27 İyun 2024, 10:00

Azərbaycan Mərkəzi Bankı “Para” Bank olmayan kredit təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin bir neçə ildir mənfi kapitalla işləməsi məsələsinə aydınlıq gətirib.

AMB-dən Modern.az-a bildirib ki, BOKT 2017-ci ildə “Parabank” ASC-nin yenidən təşkili nəticəsində yaradılıb. Son hesabat tarixinə, “Para” BOKT ASC-nin BOKT-a çevrilmədən öncə olmuş depozit portfeli üzrə fiziki və hüquqi şəxslər qarşısında öhdəliyi olmasa da, müvafiq fondlar qarşısında icra olunmamış öhdəlikləri mövcuddur. “Para” BOKT ASC tərəfindən 2021-ci il sentyabr ayından etibarən kreditləşmə fəaliyyəti həyata keçirilməmiş, fəaliyyəti əsasən müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına istiqamətlənən tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Qeyd edilib ki, “Para” BOKT ASC-nin sözügedən öhdəliklərinin icrası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aidiyyəti fondlarla koordinasiya edilməklə diqqət mərkəzində saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?