Modern.az

Dövlət xəttilə ipoteka kreditləşməsinin həcmi açıqlandı

Dövlət xəttilə ipoteka kreditləşməsinin həcmi açıqlandı

İqtisadiyyat

27 İyun 2024, 11:08

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 215,8 milyon manat kredit verilib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

 

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,8 % azalaraq 134,9 milyon manat olub.

 

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,5 dəfə artaraq 250 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?