Modern.az

Vahid Ələkbərov Rusiyada ən çox gəlir əldə edən iş adamıdır - SİYAHI

Vahid Ələkbərov Rusiyada ən çox gəlir əldə edən iş adamıdır - SİYAHI

İqtisadiyyat

27 İyun 2024, 15:42

“Forbes” jurnalı 2023-cü il üçün alınan dividendlərə görə, 50 ən zəngin rusiyalının reytinqini açıqlayıb.

Modern.az xəbər verir ki, siyahıya "Lukoyl"un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edir. Onun dividend gəliri 177,4 milyard rubl qiymətləndirilib.

Reytinqdə ikinci yerdə "Novatek" qaz şirkətinin səhmdarı Leonid Mixelson qərarlaşıb, onun dividend gəliri 105 milyard rubl təşkil edib.

Üçüncü lider kimya istehsalçısı “Sibur Holdinq”in səhmdarı Gennadi Timçenkodur. Kontinental Xokkey Liqasının direktorlar şurası sədrinin dividend gəliri 84,6 milyard rubl qiymətləndirilir.

Dördüncü və beşinci yerləri “USM və” və “Farmstandard”ın təsisçiləri Əlişir Usmanov və Viktor Xaritonin tutur. Onlar müvafiq olaraq 79,9 milyard rubl və 77,6 milyard rubl məbləğində dividend gəliri əldə ediblər.
 

İlk "10-luq"a həmçinin Leonid Fedun (57,1 milyard rubl), Aleksey Tayçer (51,5 milyard rubl), Andrey Skoç və ailəsi (48,9 milyard rubl), Andrey Quryev və ailəsi (45,8 milyard rubl), Vladislav Sviblov (36,2 milyard rubl) daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?