Modern.az

Rusiya gəmiləri Bakıya GƏLDİ

Rusiya gəmiləri Bakıya GƏLDİ

İqtisadiyyat

27 İyun 2024, 17:16

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?