Modern.az

Manatın dövretmə sürətində cüzi artım

Manatın dövretmə sürətində cüzi artım

İqtisadiyyat

29 İyun 2024, 11:42

Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,35 bənd təşkil edib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,01 bənd çox, ilin əvvəlinə nisbətən 0,13 bənd az, illik müqayisədə isə 0,57 bənd azdır.

 

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?