Modern.az

Bu avtomobillər taksi xidmətindən ÇIXARILDI

Bu avtomobillər taksi xidmətindən ÇIXARILDI

İqtisadiyyat

1 İyul 2024, 09:44

Bu gündən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməyəcək.


Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
 

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır.
 

Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.
 

Qanun bu gündən qüvvəyə minir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ