Modern.az

İctimai nəqliyyatda hansı dəyişikliklər olacaq?

İctimai nəqliyyatda hansı dəyişikliklər olacaq?

İqtisadiyyat

1 İyul 2024, 10:08

İctimai nəqliyyatda qiymətlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənib. Belə ki, artıq metro və avtobuslarda gedişhaqqı 50 qəpik təşkil edir. Rəsmi qurumun məlumatına görə, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi.

Bildirilib ki, tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib.

Bəs qiymətlərin tənzimlənməsini nə zəruri edib və bundan sonra hansı keyfiyyət dəyişiklikləri olacaq?
 

Modern.az-a açıqlamasında VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, nəqliyyat qiymətlərindəki tənzimləmə ekologiya baxımından əhəmiyyətli və düzgün addımdır:


“Ekoloji problemlərlə bağlı A-92 markalı benzin və dizel yanacağı ilə işləyən mühərriklər havaya daha çox zərərli qazlar atır. Bunların təsirlərinin azaldılması üçün digər, yəni “Avro 5” standartına uyğun A-95 yanacaq növündən istifadə olunması, eyni zamanda yavaş-yavaş hibrid və elektriklə işləyən mühərriklərə keçilməsi kimi perspektivlər mümkündür. Buna görə də atılan addımlar düzgün qiymətləndirirİəm”.
 

A.Hüseynov vurğulayıb ki, eyni zamanda xidmətlərin keyfiyyətinin artmasına şahidlik edəcəyik:
 

“2035-ci ilə qədər Avropa İttifaqı dizel və A-92 ilə işləyən mühərriklərin  qeydiyyatna və istehsalına son qoyacaq. Bu kimi çağırışlara biz indidən hazır olmalıyıq. Bu, həm ekoloji problemlərin azalmasına töhfə göstərəcək, həm də sərnişin və yükdaşımaların, eləcə də metronun özündə xidmətin keyfiyyətini artıracaq. Hər birimiz öz rahatlığımızın təmin olunması üçün cüzi miqdarda xərc ödəməklə bu sahəyə böyük töhfə vermiş oluruq”.
 

Hüquqşünas Ərşad Hüseynov söyləyib ki, ictimai nəqliyyat sektorunda keyfiyyətin artırılması vacib şərtdir:


“Söhbət ictimai nəqliyyatdan gedirsə, keyfiyyət dəyişikliyi görməliyik”.

Ekspert ümid etdiyini bildirib ki, son addımdan sonra ictimai nəqliyyat sektorunda ciddi dəyişiklik olacaq.

"Avtosfer.az" saytının rəhbəri Elməddin Muradlı hesab edir ki, yeni tariflər ictimai nəqliyyat sektorunda bir sıra imkanlar yaradacaq.

Bura xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, istehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunması, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi və s. daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ