Modern.az

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanıldı

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanıldı

İqtisadiyyat

4 İyul 2024, 11:00

İyul ayından başlayaraq Çinin Sian limanından Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb.

 

Azərbaycan Dəmir Yollarından Modern.az-a bildirilib ki, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.

 

Müvafiq razılaşmaya əsasən, blok qatarlar gündə bir dəfə olmaqla, Sian-Bakı marşrutu ilə yola salınacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi