Modern.az

Xüsusi tənzimləmə rejimi ilə bağlı 21 müraciət dəyərləndirilir - Mərkəzi Bank

Xüsusi tənzimləmə rejimi ilə bağlı 21 müraciət dəyərləndirilir - Mərkəzi Bank

İqtisadiyyat

5 İyul 2024, 09:48

Xüsusi tənzimləmə rejimində virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta sektoru və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı ümumilikdə 21 müraciət daxil olub.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin qiymətləndirilməsi həyata keçirilir.

 

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən yaradılan xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarəti altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi