Modern.az

“AzerGold”dan 8 il ərzində ölkə iqtisadiyyatına mühüm töhfələr - FOTOLAR

“AzerGold”dan 8 il ərzində ölkə iqtisadiyyatına mühüm töhfələr - FOTOLAR

9 İyul 2024, 16:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən effektiv iqtisadi siyasət kursu nəticəsində dağ-mədən sənayesinin qeyri-neft-qaz sektorunda payı gündən-günə daha da artır.

Modern.az xəbər verir ki, bu məqsədlə “AzerGold” QSC dağ-mədən sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsinə çalışır.

Sahənin tərəqqisinə xidmət edən dövlət şirkəti, həmçinin qiymətli metalların yerli və beynəlxalq bazarlarda realizəsi ilə ölkə iqtisadiyyatına töhfələri verməyə davam edir.

Ötən 8 il ərzində “AzerGold” QSC qeyri-neft-qaz sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillələrdə qərarlaşmağa nail olub. Səhmdar Cəmiyyət 441,326 unsiya qızıl, 919,244 unsiya gümüşün hasilatı, 437,730 unsiya qızıl, 889,709 unsiya qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışını həyata keçirib. Bu satış əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 1,274,094,914 manat vəsait cəlb edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri