Modern.az

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı DÜŞÜB

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı DÜŞÜB

İqtisadiyyat

10 İyul 2024, 09:16

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,40 ABŞ dolları, yaxud 1,55 % azalaraq 88,89 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri