Modern.az

Aİ-95 markalı benzin UCUZLAŞIR

Aİ-95 markalı benzin UCUZLAŞIR

İqtisadiyyat

15 İyul 2024, 08:37

Bu gündən Aİ-95 markalı avtomobil benzini 40 qəpik ucuzlaşacaq.

 

Modern.az-ın məlumatına görə, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. 

 

2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzin daxili istehsal hesabına təmin ediləcək.

 

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri