Modern.az

Mərkəzi Bank 3 sığortanın lisenziyasını LƏĞV ETDİ 

Mərkəzi Bank 3 sığortanın lisenziyasını LƏĞV ETDİ 

İqtisadiyyat

20 İyul 2024, 10:09

Azərbaycan Mərkəzi Bankı (AMB) Sahibsoy Tural Sahib oğlunun, eləcə də Məmmədov Tərlan Vidadi oğlunun və Rüstəmov Musa Vəli oğlunun sığorta agenti lisenziyalarını ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bankdan məlumat verilib.

 

Məlumata görə, bu qərar iyulun 8-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, 1-ci halda könüllü müraciət əsasında, digərlərində isə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yaranmasının nəzərə alınaraq ləğv olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu