Modern.az

Hər 100 manatdan 5-ni içkiyə xərcləyirlər

Hər 100 manatdan 5-ni içkiyə xərcləyirlər

İqtisadiyyat

25 İyul 2024, 11:08

Bu ilin ilk yarısında Azərbaycanda içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib. Bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir.

Modern.az xəbər verir ki, altıncı çağırış Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramovun sözlərinə göprə, istehlak artdıqca, xərc də çoxalır:

“Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsəŞ ixrac etmək daha faydalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri