Modern.az

Azərbaycanda hər adama neçə minik avtomobili düşür? - STATİSTİKA

Azərbaycanda hər adama neçə minik avtomobili düşür? - STATİSTİKA

İqtisadiyyat

25 İyul 2024, 12:38

2023-cü ilin yekunlarına görə, Azərbaycanda 1 423 305 ədəd şəxsi minik avtomobili qeydə alınıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 2023-cü ilin yekunlarına görə, ölkədə hər 100 ev təsərrüfatına 62 şəxsi minik avtomobili düşüb.

Rəsmi statistikaya görə, ötən il ölkədə minik avtomobillərinin sayı 1 501 957 ədəd olub. Bu, hər 1000 nəfərə 148 minik avtomobilinin düşməsi deməkdir.

Statistikası açıqlanan minik avtomobillərinin 664 152-sinin yaşı 20 ili ötüb.

603 512 ədəd minik avtomobilinin yaşı 10 ildən 20 ilədəkdir.

152 484 ədəd minik avtomobilinin yaşı 5 ildən 10 ilədək, 81 809 ədəd minik avtomobilinin yaşı isə 5 ilədəkdir.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri