Modern.az

Dünya bazarında şəkər ucuzlaşır

Dünya bazarında şəkər ucuzlaşır

İqtisadiyyat

21 Avqust 2024, 11:59

Dünya bazarında şəkərin qiyməti 2022-ci ilin ilin oktyabrından indiyədək ən aşağı həddə düşüb.

Modern.az xəbər verir ki, təkcə ötən gün qiymətlər 2 faizədək ucuzlaşıb.

Şəkərin oktyabr ayı üzrə fyuçers qiyməti bir funt  üçün  17,6 sent olub.

Birja qiymətləri 2022-ci ilin oktyabr ayının sonundan bəri ilk dəfə olaraq bu səviyyədədir.

Şəkərin qiyməti bu ilin iyul ayında  7 faiz ucuzlaşdıqdan sonra  daha 6,6 faiz enib.

Qiymətin azalmasına əsas şəkər istehsal edən ölkələrin müsbət proqnozları səbəb olub.

Braziliyada bu il rekord səviyyəyə - 43,1 milyon ton  şəkər istehsalı proqnozlaşdırılır. Halbuki əvvəlki proqnoz 41 milyon ton olub.

Taylandda isə istehsalın əvvəlki illə müqayisədə 8,8 milyon tondan 9-10 milyon tona qədər artacağı  proqnozlaşdırılır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə bu il dünyada şəkər istehsalı 1,6 faiz artaraq 186 milyon tona çatacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi