Modern.az

Son bir ildə nağdsız əməliyyatlar 1,6 dəfə artıb

Son bir ildə nağdsız əməliyyatlar 1,6 dəfə artıb

İqtisadiyyat

22 Avqust 2024, 12:29

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz artıb.

 Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz,  kredit kartları üzrə 11,4 faiz təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

2024-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,280 milyard manat manat olub.

Həyata keçirilən nağdsız ödənişlərin 6,1 milyard  manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1 milyard 168 mln. manatı POSterminallar, 9,4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,7 faizini təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi