Modern.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu göstəricinin 33572-si (16,1%) ilkin, 174097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşür.
2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33395, mənzil üzərində - 46933, torpaq sahəsi – 120079, qeyri-yaşayış binası – 1921, qeyri-yaşayış sahəsi – 4863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-iyul ayları ərzində 154905 texniki pasport tərtib edilib, 41226 ipoteka müqaviləsi qeydiyyata alınıb.