Naxçıvanın 11 kəndində içməli su və kanalizasiya sistemləri yaradılacaq.
Modern.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Dövlət Su Ehtiyatları Agentliyi satınalma işlərinə başlayıb.
Layihələr Ordubad rayonunun Aza, Darkənd, Azadkənd, Sabirkənd, Baş Dizə, Gilənçay, Qoşadizə və Kələntər Dizə, həmçinin Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərini əhatə edəcək.
Bununla bağlı su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanacaq.