Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti liderlik, başqaları ilə işləmək,vətəndaşlara xidmət və nəticəyönümlülük təlimləri üzrə satınalma elan edib
Modern.az xəbər verir ki, 400 nəfərin iştirakı nəzərdə tutulan təlimlər qeyd olunan mövzularda və müddətlərdə keçiriləcək. Satınalma üzrə ehtimal olunan dəyər 152 min manatdır.
1. Liderlik (insanları idarə etmək, strateji düşüncə, başqalarını inkişaf etdirmək)-2 iş günü
2. Başqaları ilə işləmək (kommunikasiya, emosional zəka, komanda işi)-1 iş günü
3. Vətəndaşlara xidmət (cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq)-1 iş günü
4. Nəticəyönümlülük (məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə edilməsi, peşəkar inkişaf, dəyişikliklərə açıqlıq)-1 iş günü
5. İştirakçıların sayı - 400 nəfər