2024-cü ilin yanvar-iyun aylarında ölkəyə 38008 ədəd minik avtomobili gətirilib.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, yanvar-iyun aylarında xaricdən 4003 ədəd yük avtomobili, 103 ədəd avtobus idxal olunub.
Minik avtomobillərinin idxalına 683191 min dollar, avtobuslara 6400,6 min dollar, yük avtomobillərinə isə 68336,9 min dollar vəsait xərclənib.