Modern.az

Lirənin ucuzlaşması Azərbaycana təsir edəcəkmi?

Lirənin ucuzlaşması Azərbaycana təsir edəcəkmi?

28 Avqust 2024, 10:16

Azərbaycanda 1 lirə 5 qəpikdən aşağı düşüb. Avqustun 28-də 1 lirənin məzənnəsi növbəti psixoloji həddi keçərək 5 qəpikdən də aşağı düşüb.

 

Modern.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumata görə Azərbaycanda 1 lirə 4,99 qəpikdir. Başqa sözlə, 1 manat 20 lirədən baha hesablanır.

 

Xatırladaq ki ötən ilin avqustunda 1 manat 27 lirəyə dəyişdirilirdi.  Son 1 ildə  lirə  manat qarşısında  azı 25 faiz dəyər itirib.

 

Yeri gəlmişkən, hazırda Türkiyədə 1 dollar 34 lirəyə dəyişdirilir. Halbuki son 5 ayda məzənnə 32 dollar 50 sent ətrafında sabitləşmişdi.  

 

Türkiyə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il 2 ölkə arasında ticarət dövrisyyəsi 7 milyard 650 milyon dollar olub.

 

Bunun 2 milyard 291 milyon dolları Türkiyədən idxalın, 5 milyard 359 milyon dolları bu ölkəyə ixracın payına düşür.

 

Ümumilikdə xarici ticarət əməliyyatlarımızın 15 faizi qardaş ölkə ilə həyata keçirilir.

 

Qeyd edək ki, hansısa xarici valyutanın manata nəzərən ucuzlaşması həmin ölkədən idxal olunan məhsulların ucuzlaşması anlamına gəlir.

 

Çünki manat sabit olduğundan Türkitədən gətirilən məhsullar ucuz başa gəlməlidir.  

 

Amma Türkiyədən mal gətirən sahibkarlar belə hesab eləmirlər. Onlar qeyd edirlər ki, indiki ucuzlaşma o qədər də böyük deyil və məhsulların qiymətinə ciddi təsir etmir.

 

Həm də Türkiyə istehsalçıları lirə ucuzlaşan kimi əksər məhsulların qiymətini artıraraq itkiləri kompensasiya etməyə çalışırlar.

 

Türkiyəyə səfər edən  turistlər də ucuzlaşmanın əksinə olaraq  qiymətlərin yüksəldiyini bildirirlər.

 

Onların dediyinə görə ötən ilin bu günlərində bir günü 1500 lirəyə olan otel nömrəsinin qiyməti 25-30 faiz bahalaşdırılıb və indi  1800-2000 lirəyə təklif olunur.

 

Ekspertlərin fikrincə Türkiyədə lirənin ucuzlaşmasına səbəb xarici ticarətdəki vəziyyətlə bağlıdır.

 

2023-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara olub.

 

Bunun  255 milyard 777 milyon dolları ixracın, 361 milyard 774 milyon dollar  isə idxalın payına düşüb.

 

Xarici ticarət dövriyyəsində kəsir 106 milyard dollara çatıb. Bui da Türk valyutasının məzənnəsinə əsas təzyiq vasitəsidir.

 

Proqnozlara görə, lirənin ucuzlaşması qarşıdakı aylarda da davam edəcək və 1 dolların 35 lirənin keçəcəyi o qədər böyük zaman tələb etməyəcək.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi