Modern.az

Naxçıvanın 1 qəsəbəsi və 5 kəndində su təchizatı sistemləri yaradılacaq

Naxçıvanın 1 qəsəbəsi və 5 kəndində su təchizatı sistemləri yaradılacaq

İqtisadiyyat

29 Avqust 2024, 10:04

Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrasına hazırlıq görülür.

Modern.az xəbər verir ki, bununla bağlı  Muxtar  Respublıikanın Dövlət Su Ehtiyatları Agentliyi satınalma işlərinə başlayıb.

Layihələrə əsasən Kəngərli rayonun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndində içməli su təchizatı  və kanalizasiya sistemləri inşa ediləcək.

Qarabağlar, Xok, Yurdcu və Qabıllı kəndlərində isə əvvəllər icra olunmuş və yarımçıq qalmış su təchizatı sistemlərinin yaradılması işləri davam etdiriləcək.

Bununla bağlı su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanacaq.

Layihələrin icrasına tələb olunan vəsait 649 min manat qiymətləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi