Azərbaycanın tərəvəz ehtiyatı 2 milyon 200 min tonu keçib.
Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə tərəvəz ehtiyatının 1,8 milyon tonu yerli istehsalın, 58 min tonu idxalın payına düşüb, 318 min ton tərəvəz ehtiyatı isə əvvəlki ilin qalığı hesabına formalaşıb.
Tərəvəzlərin 1,4 milyon tonu əhali tərəfindən istehlak edilib, 180 min tonu xaricə ixrac olunub, 130 min ton tərəvəz isə itkiyə gedib.
159 min ton tərəvəz isə mal-qara yemi, toxumçuluq və qida məhsullarının istehsalına sərf olunub
318 min ton tərəvəz bu ilə qalıq kimi qeydə alınıb.