Modern.az

Bakıda mənzillər ilin sonunadək 5-8 faiz bahalaşa bilər- ekspert

Bakıda mənzillər ilin sonunadək 5-8 faiz bahalaşa bilər- ekspert

İqtisadiyyat

30 Avqust 2024, 15:44

Sentyabrdan başlayaraq çoxmənzilli binaların satışı sürətlənəcək, tələbat artacaq. İndi Bakıda ötən illərə nisbətən daha az bina tikilir və satışa çıxarılan mənzillərin sayı getdikcə azalır.

 Bu barədə Modern.az-a açıqlama  verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sentyabr ayından ilin sonuna qədər daşınmaz əmlak bazarında 5-8 faiz bahalaşma gözlənilir.

“Son illər boş torpaq sahələri azaldığı üçün tikinti şirkətləri beşmərtəbəli binaları sökərək onların yerində binalar inşa edirlər.

Bu zaman həmin binalarda yaşayan sakinlərə 2-3 il müddətinə başqa yerlərdə yaşamaq üçün kirayə haqqı və köçmə xərcləri ödənilir. Bu da tikinti xərclərinin artmasına təsir edir.

Buna görə də yaxın gələcəkdə qiymət artımları qaçılmazdır.

Lakin məsələyə başqa bir tərəfdən yanaşsaq, azad olunmuş ərazilərdəı sürətli tikinti – bərpa işləri gedir.

Həmin ərazilərdə minlərlə vətəndaşımız tikinti sahələrində çalışırlar.

Bu da bölgələrdən iş üçün Bakıya gəlməsinin qarşısına almağa və işğaldan azad olunmuş ərazilərə yönləndirməyə səbəb olur.

Eyni zamanda həmin ərazilərdə əhalinin məskunlaşma da artması Bakı və digər böyük şəhərlərdə mənzilə tələbatın və qiymətlərin azalmasına səbəb ola bilər.  

Digər tərəfdən məcburi köckünlər üçün tikilmiş binalarda mənzillərin minimal qiymətlə  satışa çıxarılması bahalı mənzillərə tələbatı azaldır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi