Modern.az

Mal və qoyun əti maya dəyərindən 2-3 dəfə baha satılır

Mal və qoyun əti maya dəyərindən 2-3 dəfə baha satılır

İqtisadiyyat

2 Sentyabr 2024, 13:04

Azərbaycanda 1 kq mal ətinin maya dəyəri 5 manat 90 qəpik olub .

Modern.az Dövlət Statistika Komitəsinə  istinadən xəbər verir ki. 2023-cü ildə fərdi sahibkar təsərrüfatlarında 1 kq qoyun ətinin maya dəyəri 4 manat, quş ətinin maya dəyəri isə 3 manat 86 qəpik təşkil edib.

Məlumata görə həmin təsərrüfatlar üzrə mal ətinin orta satış qiyməti 7 manat 78 qəpik, qoyun əti üzrə 6 manat 26 qəpik, quş əti üzrə 3 manat 41 qəpik olub.

Qeyd edək ki, bazarlarda qeyd olunan məhsulların pərakəndə satış  qiymətləri bu göstəricilərdən 2-3 dəfə yüksəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi