Modern.az

Neftimiz 3 dollardan çox ucuzlaşıb

Neftimiz 3 dollardan çox ucuzlaşıb

İqtisadiyyat

4 Sentyabr 2024, 09:28

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları, yaxud 3,69 % azalaraq 78,55 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri