Modern.az

Əkin sahələri sığortalanmasında yeni imkanlar  - 1 ton məhsulun sığortalanması neçəyə başa gəlir?

Əkin sahələri sığortalanmasında yeni imkanlar  - 1 ton məhsulun sığortalanması neçəyə başa gəlir?

10 Sentyabr 2024, 11:14

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortaya bölgələrdə maraq artmaqdadır. Sığortanın əhatə etdiyi məhsulların çeşidinin böyük olması və dövlət dəstəyi aqrar sığortanı hər bir fermer üçün əlçatan edib. 

Modern.az xəbər verir ki,  Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildidrb ki, aqrar sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər.

Aqrar sığorta əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətərindən sığorta edir.

Aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır.

Belə ki, 2022-ci ildə müxtəlif hadisələrdən zərər çəkən fermerlərə 2,4 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu rəqəm 4,4 milyon manata, 2024-cü ilin ilk 7 ayında isə 3,3 milyon manata yüksəlib, ilin sonunda bu məbləğin daha yüksək olacağı gözlənilir.

Salyanda keçirilən “Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta" tədbirində sığorta haqları və sığorta ödənişləriin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə məlumat verilib.

Bildirilib ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7 manata, 1000 manatlıq arpa məhsulunun sığortası 9 manata, eyni məbləğdə narın sığortası 8 manata, xurmanın sığortası isə 11 manata başa gəlir.

Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə, 1000 manatlıq pomidorun sığortalanması 10 manata, eyni məbləğdə qarpızın sığorotalanması isə 11 manata başa gəlir.

Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmasından da sığortalamaq mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi