10 sentyabr 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinə abunə yazılışı başa çatıb.
Modern.az xəbər verir ki, bankın ilkin məlumatına görə, ABB-nin səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
“Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq. Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq”, - bankın məlumatında deyilir.