Modern.az

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

13 Sentyabr 2024, 09:07

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,24 ABŞ dolları, yaxud 4,41 % artaraq 76,77 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI