2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 milyard 223,4 milyon manat təşkil edib.
Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.
Hesabat dövründə büdcənin xərcləri isə 8,3 faiz artaraq 22 milyard 362,4 milyon manata yüksəlib.
Beləliklə, 8 ayda büdcədə 2 milyard 861 manat profisit yaranıb.