Modern.az

Hadrut və Tuğda infrastruktur yenidən qurulacaq

Hadrut və Tuğda infrastruktur yenidən qurulacaq

İqtisadiyyat

16 Sentyabr 2024, 15:26

Ağdam, Füzuli və Xocavənd rayonlarında İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin  Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi satınalma başa çatıb.

Layihə çərçivəsində bu yaşayış məntəqələrində içməli su, kanalizasiya və qaz xətləri, daxili yol və səkiləri yenidən qurulacaq.

Tenderin qalibi “İnşçaatçı-Neftçi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi layihənin icrası üçün bu şirkətə 12 milyon 933 min manat ödəyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI