Modern.az

İstehlakçı müraciətlərinin statistikası açıqlanıb

İstehlakçı müraciətlərinin statistikası açıqlanıb

İqtisadiyyat

16 Sentyabr 2024, 15:38

İstehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətlərinin sayının artması müşahidə olunur.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Xidmət rəisi bildirib ki, cari ilin ilk 7 ayı ərzində Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbii inhisarların fəaliyyəti ilə əlaqədar baxılan 4550 istehlakçı müraciətinin 53,2 faizi qeyri-qida, 5 faizi qida, 39,6 faizi xidmət, 1,9 faizi dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 faizi digər müraciətlərlə bağlı olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI