Modern.az

10 manata yaradılan şirkət 12 milyonluq tenderi uddu

10 manata yaradılan şirkət 12 milyonluq tenderi uddu

İqtisadiyyat

17 Sentyabr 2024, 17:17

Əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə tender yekunlaşıb.

 

Modern.az elektron satınalma portalına istinadən xəbər verir ki, "Protez-ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” Publik hüquqi şəxsin elan etdiyi satınlamanın qalibi "ZN TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

 

Protez-ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi xəstələr üçün nəqliyyat vasitələrin alınmasına görə bu şirkətə 12 milyon 371 min 549 manat 17 qəpik ödəyəcək.

 

Qeyd edək ki, “ZN Trade” MMC-nin nizamnamə kapitalı 10 manatdır və şirkətin qanuni təmsilçisi Nüsrəddin Kərimovdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI