Modern.az

Dünyada şəkər bahalaşdı - SƏBƏBLƏR

Dünyada şəkər bahalaşdı - SƏBƏBLƏR

19 Sentyabr 2024, 16:09

Bu həftə Braziliyada şəkər istehsal edən ərazilərdə quru və isti hava proqnozlarına görə şəkərin birja qiymətləri artmaqda davam edib.

Modern.az xəbər verir ki, London birjasında ağ şəkərin oktyabr fyuçersləri həftə ərzində 6,7% artaraq yarım ilin  ən yüksək səviyyəsinə - tonu  555 dollara çatıb.

Unica Assosiasiyasının məlumatına görə, avqustun ikinci yarısında Mərkəzi-Cənub regionunda şəkər istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalaraq 3 milyon 258 min tona düşüb.

Sao Paulo və Mato Qrosso ştatlarında qarşıdakı iki həftə ərzində quru və isti hava şəraitinin olacağı proqnozlaşdırılır ki, bu da şəkər qamışının məhsuldarlığını azaldacaq.

Avqust ayında ölkədəki isti hava əsas şəkər istehsal edən Sao Paulo ştatında 5 milyon tona qədər qamışı zədələyən şiddətli yanğınlara səbəb oldu.

Üstəlik Braziliya realının  dollar qarşısında möhkəmlənməsi ölkədən  şəkər ixracını məhdudlaşdırır.

Neftin qiymətinin artması yanacağın qiymətinin artmasına və şəkər qamışının istehsalının azalmasına səbəb olacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI