Modern.az

"Bu zavodda Ağdam və ətraf rayonlardan olan 120 nəfər işləyəcək"

"Bu zavodda Ağdam və ətraf rayonlardan olan 120 nəfər işləyəcək"

İqtisadiyyat

20 Sentyabr 2024, 11:52

“Made in Azerbaijan” adı ilə istehsal olunan bu ayaqqabılar çətin şəraitlərə davamlılığı ilə seçilir".

 

Bu sözləri Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin ötən gün açılışında iştirak etdiyi Ağdam Sənaye Parkında fəaliyyət göstərən "BAFCO İnvest MMC"nin direktoru Osman Yaylalı bildirib.

 

O qeyd edib ki,  MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

"Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə ümumilikdə 120 nəfər işlə təmin ediləcək. İşçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur". 

 

O, istehsal edilən ayaqqabıların payız-qış, yay-yaz fəsillərində istifadə üçün modellərə bölündüyünü qeyd edib.

 

"Beynəlxalq standartlara cavab verən xammallar tanınmış xarici şirkətlərdən sifariş edilir.  Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır".

 

Qeyd edək ki, zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI