Azərbaycana idxal edilən ət məhsullarının həcmi artır.
Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 8 ayında ölkəyə 78,9 milyon dollar dəyərində 35 526 ton ət idxal edilib.
Bu 2023-cü eyni dövrü ilə müqayisədə təxminən 33 faiz çoxdur.
Ötən ilin 8 ayında ölkəyə 52,8 milyon dollar dəyərində 26 723 ton ət gətirilmişdi. 4
Son 1 ildə xaricdən gətirilən kərə yağının da miqdarı artıb.
Belə ki. 2023-cü ilin 8 ayında Azərbaycana 60,3 milyon dollar dəyərində 10817 ton kərə yağı idxal olunsa da 2024-cü ildə ölkəyə gətirilən kərə yağının miqdarı 19153 ton olub. Bu da 2 dəfəyə yaxın artım deməkdir.
2023-cü ildə Azərbaycana idxal olunan ətin 1 kiloqramı 3 manat 36 qəpik idisə bu il 3 manat 77 qəpik olub.
2021-ci ildən başlayaraq Azərbaycana idxal edilən ət məhsullarının həcmi artmaqdadır.
Belə ki, 2021-ci ildə ölkəyə 56,9 min ton ət məhsulları gətirildiyi halda 2022-ci ildə bundan 8,1 faiz çox 61,5 min tona yüksəlib.
2023-cü ildə isə artım tempi bir qədər də sürətlənərək 8,5 faizə çatıb.
Ötən il ölkəyə 66,7 min ton ət məhsulları idxal olunub.
Statistika göstərir ki, son illər Azərbaycanda ət və ət məhsullarının istifadəsi ilbəil artmaqdadır.
2018-2023-cü illərdə ət məhsullarının istehlakı
İllər |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023
|
Ət istehlakı (ton ) |
390 531 |
403 829 |
406 703 |
413 218 |
426 618 |
441 458 |
2018-ci illə müqayisədə 2023-cü ildə ət məhsulları istehlakı 13 faiz artıb.
Ekspertlərin fikrincə, ölkəyə ət idxalının artması aqrar sektordakı bəzi çatışmazlıqlarla bağlıdır.
Ölkədə örüş sahələrinin azlığı və yem bazasının məhdudluğu bu sahənin inkişafına mane olur.
Bütün bunlar heyvanların bəslənilməsi xərclərini artırır və heyvandarlıq təsərrüfatlarının saxlanlılmasını çətinləşdirir.
Bu da dolayısı ilə idxalı stimullaşdırır.
Təsadüfi deyil ki, son 10 ildə Azərbaycanda mal-qaranın baş sayının azalması tendensiyası baş verir.
Ötən dövrdə iribuynuzlu mal qaranlın baş sayı 2 milyon 700 mindən 2 milyon 500 minə düşüb.
Qoyun və keçilərin baş sayı isə 8 milyon 500 mindən 7 milyona enib.
Maraqlıdır ki, ölkədə heyvanların baş sayının azaldığı və idxalın artdığı bir vaxtda ət məhsulları ilə özünütəminetmə səviyyyəsi 82,7 faizdən 85,2 faizə yüksəlib.