Modern.az

Kirayə üsulu ilə 1100-dən çox mənzil satılıb

Kirayə üsulu ilə 1100-dən çox mənzil satılıb

İqtisadiyyat

2 Oktyabr 2024, 17:04

Bu il oktyabrın 1-nə Azərbaycanda kirayə mənzil mexanizmi vasitəsilə 5512 vətəndaş və yaxud ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1126-sı bu ilin yanvar-sentyabr aylarının payına düşüb.

Modern.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik olmaqla, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI