Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 2 milyard 180 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub.
Modern.az-ın məlumatına görə, qeyri-neft məhsullarının ümumi ixracda payı 12 faizdir. payına düşür. Bu da ümumi ixracın təxminən 12 faizini təşkil edir.
Yanvar-avqust aylarında Rusiyaya 752 milyon dollar, Türkiyəyə 395 milyon dollar, Gürcüstana 158 milyon dollar, ABŞ-yə 109 milyon dollar, İsveçrəyə isə 100 milyon dollar dəyərində məhsul tədarük edilib.
Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları ixracı sahəsində vəziyyəti təqdim edirik.
Qeyri-neft məhsullları ixracında ən böyük paya malik meyvə və tərəvəzlərdir -19,45 faiz
Bu kateqoriyadan olan mallar arasında ən böyük paya malik tomatdır. Bu məhsul qeyri-neft məhsulları ixracının 6,4 faizi təşkil edir.
Qeyri-neft məhsulları üzrə ixracda ikinci ən böyük paya plastik kütlələr və onlardan hazırlanmış məhsullar malikdir -12,12 faiz
Üçüncü böyük paya malik kimya sənayesi məhsullarıdır- 8,47 faiz
Pambıq lifidir -6,39 faiz, alüminium və ondan hazırlanmış məmulatlar 6,2 faiz payla sonrakı yerlərdə qərarlaşıb.
Digər məhsulların payı 1-4 faiz arasında dəyişir.
2024-cü ilin 8 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə məhsul ixracında vəziyyət belədir:
Məhsulun adı |
Miqdarı |
Dəyəri |
Ümumi ixracda payı |
Qeyri-neft ixracında payı |
İxrac - cəmi |
- |
18 231 540.68 |
100.00 |
- |
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə |
- |
2 179 881.63 |
11.96 |
100.00 |
Tərəvəz və meyvə, ton |
408 120.32 |
424 034.25 |
2.33 |
19.45 |
ondan: |
|
|
|
|
Kartof, ton |
48 234.08 |
20 470.85 |
0.11 |
0.94 |
Tomat, ton |
116 951.52 |
139 545.41 |
0.77 |
6.40 |
Meşə fındığı, ton |
9 671.95 |
59 274.58 |
0.33 |
2.72 |
Alma, ton |
43 017.92 |
28 348.32 |
0.16 |
1.30 |
Xurma, ton |
35 365.03 |
27 782.48 |
0.15 |
1.27 |
Nar, ton |
3 730.11 |
3 356.77 |
0.02 |
0.15 |
Çay, ton |
488.55 |
4 372.21 |
0.02 |
0.20 |
Bitki və heyvan mənşəli piylər və yağlar, ton |
11 337.59 |
18 614.65 |
0.10 |
0.85 |
Şəkər, ton |
32 648.62 |
24 976.92 |
0.14 |
1.15 |
Tərəvəz və meyvələrin emal məhsulları, ton |
16 408.64 |
23 176.21 |
0.13 |
1.06 |
Alkoqollu və alkoqolsuz içkilər və sirkə, min ABŞ dolları |
- |
48 707.93 |
0.27 |
2.23 |
Sement, hazır və ya klinker formasında, ton |
510 894.88 |
31 568.82 |
0.17 |
1.45 |
Elektrik enerjisi, min kVt/saat |
1 018 685.08 |
57 499.17 |
0.32 |
2.64 |
Kimya sənayesi məhsulları, ton |
724 771.47 |
184 658.20 |
1.01 |
8.47 |
ondan: |
|
|
|
|
metanol (metil spirti), ton |
322 261.70 |
65 030.82 |
0.36 |
2.98 |
azot gübrəsi, ton |
361 643.05 |
78 653.47 |
0.43 |
3.61 |
Plastmassa və onlardan hazırlanan məmulatlar, ton |
280 819.30 |
264 258.99 |
1.45 |
12.12 |
ondan: |
|
|
|
|
polietilen, ilkin formalarda, ton |
85 352.04 |
94 886.57 |
0.52 |
4.35 |
polipropilen, ilkin formalarda, ton |
35 193.83 |
39 427.69 |
0.22 |
1.81 |
propilenin sopolimerləri, ilkin formalarda, ton |
55 823.78 |
65 036.11 |
0.36 |
2.98 |
Pambıq lifi, ton |
91 573.37 |
139 350.64 |
0.76 |
6.39 |
Pambıq iplik, ton |
7 255.94 |
18 133.23 |
0.10 |
0.83 |
Qara metallar və onlardan hazırlanan məmulatlar, ton |
65 770.87 |
61 382.91 |
0.34 |
2.82 |
Alüminium və ondan hazırlanan məmulatlar, ton |
50 442.84 |
135 111.51 |
0.74 |
6.20 |
Digərləri |
- |
744 035.99 |
4.08 |
34.14 |
2023-cü ildə isə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar - dekabr ayları ərzində Rusiya Federasiyasına 1,1 milyard dolları Türkiyəyə 783,9 milyon dolları, Gürcüstana 332,5 milyon dollar, İsveçrə Konfederasiyasına 175,3 milyon dollar, Qazaxıstana isə 95 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ildə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan təşkilatlar:
“Azərenerji” ASC
SOCAR “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”,
SOCAR Polymer” MMC,
“Azəralüminium” MMC,
“AzerGold” QSC,
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,
“Azərbaycan Hava Yolları” QSC,
“Azəripək” MMC,
“Azərbaycan Dəmir Yolları” QSC,
Naxçıvan MR Dövlət Energetika Xidməti.
2023-cü ildə əsas özəl sektora aid qeyri-neft ixracatçıları aşağıdakılar olub:
Şirinov Elvin Valeh oğlu,
“MKT İstehsalat Kommersiya” MMC,
“Baku Steel Company” QSC
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,
“Best Logistik” MMC,
“My Fruit” MMC,
“STP Global Cable” MMC,
“PAqro” MMC,
Muradova Sahibə Səlimət qızı,
“Mors Trading” MMC.