Modern.az

Azərbaycandan Avropaya 9 milyard kubmetrdən artıq qaz ixrac olunub

Azərbaycandan Avropaya 9 milyard kubmetrdən artıq qaz ixrac olunub

İqtisadiyyat

14 Oktyabr 2024, 10:08

Bu ilin yanvar - sentyabr aylarında Azərbaycandan Avropaya təxminən 9,4 mlrd. kubmetr qaz ixrac olunub.

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

Qeyd olunub ki, hesabat dövründə Türkiyəyə 7,3 mlrd. kubmetr, Gürcüstana isə 1,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP kəmərə vasitəsilə Türkiyəyə 4,2 mlrd. kubmetr qaz nəql edilib.

“Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2% çoxdur”, - paylaşımda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular