Modern.az

Azərbaycanda banklar nə qədər qazanıb? - SİYAHI

Azərbaycanda banklar nə qədər qazanıb? - SİYAHI

İqtisadiyyat

15 Oktyabr 2024, 11:22

Azərbaycanda fəaliyyət göstərən banklar üçün rüb (yanvar-sentyabr) üçün maliyyə hesabatlarını açıqlayıb. 


Modern.az-ın bankarın təqdim etdiyi hesabatlara əsasən apardığı araşdırmaya görə, ən iri mənfəət Azərbaycan Beynəlxalq Bankı (235 milyon manat), Kapital Bank (166 milyon manat) və PAŞA Bank (146 milyon manat) əldə edib.

 

Qeyd edək ki, Azərbaycanda 22 bank fəaliyyət göstərir. Sonuncu dəfə "Naxçıvanbank" “E-Kredit" MMC adı altında bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib. Bundan əvvəl 2023-cü ildə "Günay Bank"və “Muğan Bank” bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırmışdı.

 

Bankın adı

Mənfəət (manatla)

Azərbaycan Beynəlxalq Bankı (ABB)

235 milyon 85 min

Kapital Bank

166 milyon 73 min

Paşa Bank

146 milyon 778 min

Xalq Bank

54 milyon 48 min

Access Bank

41 milyon 454 min

Yelo Bank

35 milyon 63 min

Bank Respublika

39 milyon 237 min

Azər Türk Bank ASC

18 milyon 371 min

Unibank

17 milyon 627 min

Ziraat Bank Azərbaycan

11 milyon 294 min

Rabitəbank

19 milyon 183 min

Bank of Baku

20 milyon 35 min

Expressbank

9 milyon 175 min

Premium Bank

9 milyon 505 min

Bank Milli İran Bakı filialı

5 milyon 24 min

Yapı Kredi Bank Azərbaycan

8 milyon 303 min

Bank VTB Azərbaycan

6 milyon 140 min

Bank BTB*

3 milyon 386 min

Bank Avrasiya

3 milyon 483 min manat

Azərbaycan Sənaye Bankı

4 milyon 700 min

Turanbank

1 milyon 665 min

AFB Bank

2 milyon 127 min

 

*Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc nəzərə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI