Modern.az

Büdcənin profisiti 2.5 milyard manatı ötüb

Büdcənin profisiti 2.5 milyard manatı ötüb

İqtisadiyyat

15 Oktyabr 2024, 13:02

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.6% artaraq 27 milyard 737 milyon manat təşkil edib.

Modern.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin doqquz ayında büdcənin xərcləri isə 8.4% artaraq 25 milyard 174.3 milyon manata yüksəlib.

Bu ilin ilk doqquz ayında dövlət büdcəsinin profisiti 2 milyard 562.7 milyon manat təşkil edib.

2023-cü ilin eyni dövründə 1 milyard 137.5 milyon manat büdcə kəsiri qeydə alınmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI