2024-cü il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 7005,7 min baş qoyun və keçi, 2489,3 min baş iribuynuzlu mal-qara, ondan 1235,3 min baş inək və camış, 3879 baş donuz mövcud olub.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinmin məlumatında bildirilib.
Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59,1 min ton (keçən ilin yanvar-sentyabr aylarında 57,5 min ton) quş əti və 852,2 milyon ədəd (keçən ilin yanvarsentyabr aylarında 764,5 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10299,1 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 176 ədəd yumurta alınıb.